Qırmızı.az
Metropoliten: “Köçürülmə bu gün başa çatacaq”
“Bakı Metropoliteninin Dərnəgül elektrik deposunun tikintisi üçün Binəqədi rayonu 7-ci mikrorayon xarici dairəvi küçəsində 6 mənzilin sakinləri bu gün köçürüldü. İş hələ tam başa çatmasa da, bu günün sonunda yekunlaşacaq”.
Bu sözləri publika.az-a açıqlamasında Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
“Sakinlərin özlərinin iştirakı ilə əşyaları bizim təşkil etdiyimiz maşınlara yükləndi. Özləri ilə birlikdə yeni mənzillərinə yola saldıq. Sözlə etiraz etsələr də, hər hansı insident yaşanmadı. Evi köçürülən sakinlərin etiraz etməsi normaldır”.
Metropoliten rəsmisi bildirib ki, köçürmə başa çatdıqdan sonra deponun tikintisi işləri sürətlənəcək:
“Həmin ərazidə artıq tikinti həyata keçirilib, işin davam etməsi üçün sakinlərin köçürülməsinə ehtiyac var idi. Ərazidə elektrik qatarları üçün xətt, elektrik, kommunikasiya xətləri çəkilməli, inzibati bina, əməkdaşların istirahəti üçün yer və laboratoriya tikilməlidir”.
N.Paşayev qeyd edib ki, deponun tikintisi üçün müəyyən olunan plandan kənara çıxılsa da, işlərin maksimum qısa zamanda başa çatdırılmasına çalışacaqlar.
Gülxar
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır