Kurs bitirən əlillərə şəhadətnamələr verildi
Bizi izləyin

Qırmızı.az

Kurs bitirən əlillərə şəhadətnamələr verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində peşə hazırlığı kurslarını bitirən əlilliyi olan bir qrup şəxsin buraxılış imtahanı olub.

Publika.az-ın məlumatına görə, mərkəzdə kompüter istifadəçisi, dərzi, bərbər, toxuculuq peşələri üzrə təşkil olunan hazırlıq kursunu başa vurmuş şəxslərə imtahan komissiyasının qərarına əsasən müvafiq şəhadətnamələr təqdim edilib. Kursları bitirənlərdən 3 nəfərin təlim keçdiyi peşə ilə bağlı bacarıqlara tam yiyələnə bilməmələri səbəbindən onların hazırlıq kursunun bir ay uzadılması qərara alınıb. Son bir ayda mərkəzdə peşə hazırlıq kurslarını bitirmiş 41 nəfər əlilliyi olan şəxsə şəhadətnamələr verilib və onların yiyələndikləri peşələr üzrə qısa müddətdə işlə təmin olunması üçün yaşadıqları ərazi üzrə məşğulluq orqanlarına müraciətlər göndərilib.

Hazıırda mərkəzdə 85 nəfər əlilliyi olan şəxs 10 peşə üzrə təlim keçir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm