“Ərizəsini yazan işçiyə kompensasiya veriləcək” – Azəriqaz
Bizi izləyin

Qırmızı.az

“Ərizəsini yazan işçiyə kompensasiya veriləcək” – Azəriqaz

“Biz həmin işçilərlə görüşdük, vəziyyəti izah etdik. Proseslərin sonrakı inkişafından xəbərim yoxdur. Onların Rusiya səfirlyinə müraciət etməsini də saytlardan oxudum. Bu haqda nəsə deyə bilməyəcəyəm”.

Bunu “Azəriqaz" İstehsalat Birliyinin sözçüsü Araz Ağayev bildirib.

Birliyin mətbuat katibi onu da deyib ki, bildiriş paylanan şəxslər may ayının sonuna qədər işdən çıxma haqqında ərizəni yazacaqları təqdirdə, onlara 5 aylıq maaş kompensasiya olaraq veriləcək.


“Həmin kompensasiya üçün işçi özü müarciət etməlidir. Bu müddətə qədər müraciət etməyəcəkləri təqdirdə, həm işdən azad olunacaqlar, həm də onlara kompensasiya verilməyəcək”.

Qeyd edək ki, “Azəriqaz” İB-də struktur dəyişikliyi ilə bağlı 136-a yaxın qadın işçi ixtisara düşüb. İşdən çıxarılan qadın əməkdaşlardan bir qrupu Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Onlar Azərbaycan vətəndaşlığından imtina edərək, Rusiya vətəndaşı olmaq istədiklərini deyirlər. (modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm