“Azdrama”da direktorla aktyorlar arasında dava
Bizi izləyin

Qırmızı.az

“Azdrama”da direktorla aktyorlar arasında dava

Dünən Akademik Milli Dram Teatrında böyük qalmaqal yaşanıb. Teatrdan AzNews.az-a verilən məlumata görə, qalmaqala səbəb teatrın aktyorlarının son vaxtlar mətbuata verdikləri müsahibələrlə bağlı ANS-in süjet hazırlaması olub.

Qeyd edək ki, etirazçı aktyorlar işlədikləri teatrın tamaşalarında rol ala bilmədiklərindən, onların yerlərinə başqa teatrlardan aktyorların gətirilməsindən narazıdır. Elə buna görə də dünən ANS televiziyası sözügedən mədəniyyət ocağına gəlib və bir neçə nəfərdən, o cümlədən əməkdar artistlər Sənubər İsgəndərli və Əli Nurdan müsahibə alıb.


Teatrın direktoru İsrafil İsrafilov isə müsahibə verməkdən imtina edib və aktyor Əli Nuru otağına dəvət edərək onu tənələyib. Məlumata görə, direktor aktyorun AzNews.az saytına verdiyi müsahibəyə görə Mədəniyyət və Turizm Nazirliyindən üzr istəməsini tələb edib. Əli Nur isə “mən dediyim sözün ağasıyam” deyərək, heç zaman üzr istəməyəcəyini bildirib. Nəticədə isə direktorla aktyor arasında münaqişə yaranıb. Vəziyyətin həddən artıq gərginləşdiyini görən İsrafilov teatrın mühafizəçilərini çağırıb. Mənbə bildirir ki, qarşıdurmanın kameraya çəkilməsinin qarşısını almaq üçün direktor ANS-in əməkdaşlarını otağından çıxartdırıb. Amma əsl qalmaqal da elə bundan sonra baş verib.


Maraqlıdır ki, bu qədər həngaməyə rəğmən, nə oradakı gərginlik, nə də aktyorların müsahibələri efirə verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm