Həkimlərin rüşvət videosuna görə komissiya yaradıldı
Bizi izləyin

Qırmızı.az

Həkimlərin rüşvət videosuna görə komissiya yaradıldı

“Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin uşaq cərrahiyyə şöbəsinin müdiri Elnur Həsənov və Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədov barədə yayılan videolara görə, Səhiyyə Nazirliyi xüsusi komissiya yaradıb. Bu məsələlər araşdırılacaq. Hadisədə adıçəkilən həkim və xəstələr çağırılıb dinləniləcək”.

Bu sözləri publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

A.Qədirli bildirib ki, bir saat əvvəl yaradılan komissiyada Daxili nəzarət şöbəsinin işçiləri və Səhiyyə Nazirliyinin rəhbərliyi də təmsil olunur.

“Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə əməliyyat üçün müraciət edilən 1 yaşlı Tənzilə Abbasovanın əməliyyatı Səhiyyə Nazirliyinin nəzarətindədir. Elnur Həsənovla bağlı məsələ digər uşaqların müalicə prosesinə təsir etməyəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm