Keçmiş nazir müavini rüşvət videosundan DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Keçmiş nazir müavini rüşvət videosundan DANIŞDI

“Rüşvəti hər bir adam ala bilər” – səhiyyə nazirinin keçmiş müavini rüşvət videosundan DANIŞDI

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, səhiyyə nazirinin keçmiş müavini (2006-2008-ci illərdə) Sənan Kərimov Sabirabad rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədovun rüşvət videosuna münasibət bildirib.

Sabiq nazir müavini S.Kərimov Publika.az-a açıqlamasında sözügedən hadisənin bu qədər şişirdilməsinin doğru olmadığını söyləyib: “Bilmirəm ki, bunu niyə bu qədər şişirdirlər. Rüşvəti hər bir adam: müəllim də, həkim də ala bilər. Bunu ümumilikdə Azərbaycan səhiyyəsinin adına yazmaq doğru deyil. Əgər ortada rüşvət alınması ilə bağlı fakt varsa, təbii ki, o adam məsuliyyətə cəlb olunacaq. Qanun çərçivəsində bu məsələ ilə bağlı ölçü götürüləcək”.

Xatırladaq ki, Sabirabad rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədovun xəstəxanada çəkilən gizli videosu sosial şəbəkələrdə səs-küyə səbəb olub. Görüntülərdə Məmmədov xəstənin verdiyi məbləğlə razılaşmır və daha çox pul tələb edir.

Rüşvət videosu yayılan Vüsal Məmmədov isə təcili Səhiyyə Nazirliyinə çağırılıb. Bu barədə məlumatı AzNews.az-a mərkəzin əməkdaşları verib.

Bildirilib ki, baş həkim heç kimə xəbər vermədən Bakıya yollanıb: “Bircə o məlumdur ki, Vüsal doktor gecəykən Bakıya çağırılıb. Onunla əlaqə yarada bilmirik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm