Azercell yay rominq qiymətlərini endirdi (R)
Bizi izləyin

Qırmızı.az

Azercell yay rominq qiymətlərini endirdi (R)

Azercell Telekom MMC abunəçiləri üçün hazırladığı endirimli tarif paketlərini və sərfəli kampaniyalarını davam etdirir.Yay mövsumu ilə əlaqədar xarici ölkələrə istirahət üçün üz tutanları nəzərə alan şirkət bu dəfə rominq xidmətlərində endirimlər etdi. Belə ki, mayın 21-dən etibarən Azercell-in abunəçiləri rominq xidməti çərçivəsində Rusiya, Türkiyə, Gürcüstan və Almaniyada endirimli tariflərdən faydalana bilərlər. İndi Azercell abunəçiləri Rusiya, Türkiyə və Almaniyada olarkən bütün istiqamətlərə danışıqlar üçün cəmi 90 qəpik ödəyəcəklər. Gürcüstanda səfərdə olan abunəçilərin danışıq haqqı isə 1 dəqiqə üçün 47 dəqiqə tarifi ilə hesablanacaq.

Ölkə

Xidmətin növü

Ölçü vahidi

Xidmət haqqı AZN

(ƏDV daxıl)

Rusiya

Bütün istiqamətlərə

zəng

Bir dəqiqə

0.90

Türkiyə

0.90

Almaniya

0.90

Gürcüstan

0.47

Məlumat üçün bildirək ki, Azercell Telekom 1 yanvar 2014-cü il tarixindən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq edib. İndi Azercell abunəçiləri bütün beynəlxalq zənglərə görə cəmi 32 qəpik ödəyirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olunur. Bu müddət ərzində abunəçilər beynəlxalq zənglərin bir dəqiqəsinə yalnız 24 qəpik ödəməklə Azercell-in verdiyi bu üstünlükdən yararlana bilərlər. Bu xidmət zamanı Azercell-lilər yalnız saniyə hesabı danışıq haqqını ödəyirlər.

Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” MMC 159 ölkənin mobil rabitə operatorları ilə 444 rominq sazişi bağlayıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm