Qobustanda attraksion aşdı: 1 ölü, 2 yaralı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Qobustanda attraksion aşdı: 1 ölü, 2 yaralı (YENİLƏNİB)

Qobustanda Oksford məktəbinin şagirdlərinin xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatları bəlli olub.


Qobustan rayon Təcili Tibbi Yardım xidmətindən Valeh Əhmədov Publika.az-a bildirib ki, hadisə Qobustanda "Cənnət bağı" adlanan istirahət yerində baş verib.

Hadisə bu gün saat 13.00 radələrində baş verib və əraziyə təcili yardım briqadası çağırılıb.


Əraziyə əylənməyə gələn uşaqlar orada maşın sürərkən o, qəfildən aşıb. Nəticədə 1 nəfər şagird ölüb, 2 nəfər şagird isə yaralanıb. Hadisə nəticəsində ölən və yaralananlar 10-11 yaşlı qızlar olub. Maşın aşan zaman onun icində müəllimə də olub. Lakin müəllimə xəsarət almayıb.


Ərazidəki təcili tibbi yardım briqadasının işçiləri yaralanan şəxslərə ilkin tibbi yardım göstərib.

Faktla bağlı Qobustan rayon Prokurorluğunda araşdırma aparılır.

16:52

Azərbaycanın Qobustan rayonunda faciəvi hadisə baş verib.

Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə rayonun “Bağbağat” İstirahət-Əyləncə Mərkəzində qeydə alınıb.

Attraksionlardan birinin aşması nəticəsində 2003-cü il təvəllüdlü məktəbli ölüb, 3 nəfər isə xəsarət alıb.Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm