“Azərbaycan “super güclər”ə baş əyməyən dövlətdir”
Bizi izləyin

Qırmızı.az

“Azərbaycan “super güclər”ə baş əyməyən dövlətdir”

“Azərbaycan “super güclərin” qarşısında baş əyməyən dövlətdir”

“ABŞ səfirinin “Azadlıq” radiosuna verdiyi müsahibədə söylədiyi fikirlər Azərbaycan cəmiyyətində haqlı olaraq böyük etiraz doğurub”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib.

F. Ağamalı ABŞ səfirini sözügedən açıqlamaya görə qınadığını söyləyib:“ABŞ səfirinin bu açıqlamasını Azərbaycanın daxili işlərinə qarışmaq və müxalifəti hərəkətə gətirmək cəhdləri kimi qiymətləndirirəm.

Prezident Administrasiyası (PA) rəhbəri Ramiz Mehdiyevin də ötən günkü açıqlaması Azərbaycanın dövlət maraqlarına, beynəlxalq hüquq normalarına və diplomatik fəaliyyət haqqında beynəlxalq konvensiyanın tələblərinə tam cavab verir, ölkəmizin dövlət mövqeyini ortaya qoyur. Birmənalı olaraq mən də akademik Ramiz Mehdiyevin fikirlərini dəstəkləyirəm. Ramiz müəllimin də dediyi kimi, Azərbaycan müstəqil dövlətdir və bizim xarici siyasətimiz də tam müstəqildir. Azərbaycan heç bir dövlətin diktəsi ilə siyasət yürütmür. Azərbaycan öz xalqının milli maraqlarına uyğun siyasət həyata keçirən dövlətdir. Bu siyasətin əsasını da ulu öndər Heydər Əliyev qoyub. Bu siyasət bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. ABŞ və digər bu cür dövlətlər artıq anlamalıdırlar ki, Azərbaycan müstəqil siyasət yürüdən və “super güclərin” qarşısında baş əyməyən dövlətdir. ABŞ-ın hörmətli səfirinin bu cür açıqlaması isə Azərbaycan-ABŞ münasibətlərinə mane olan vəziyyəti ortaya qoyur. əslində isə səfirin fəaliyyəti Azərbaycan-ABŞ münasibətlərini daha da yaxşılaşdırmağa xidmət etməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm