Ramil Usubov Bərdədə qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov Bərdədə qəbul keçirəcək

Ramil Usubov Bərdə və ətraf rayonların polis orqanlarında xidmət etmək istəyən gəncləri qəbul edəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari ilin may ayının 31-də saat 10:00-da Bərdə rayon Polis Şöbəsində Naftalan şəhəri, Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Coranboy və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

Eyni zamanda, qeyd olunan rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifəsində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idmançı cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli şəxslər də qəbulda iştirak edə bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Boyu 180 santimetrdən aşağı olan vətəndaşların işlə təmin olunmaları ilə əlaqədar müraciətlərinə baxılmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm