Qırmızı.az
Əxlaqsızlıq yuvası təşkil edən bağça müdiri saxlanıldı - Tərtərdə
Evində əxlaqsızlıq yuvası təşkil etməklə pul qazanan
Tərtər şəhər sakini, 1958-ci il təvəllüdlü İzahət Bəhram qızı
Axundova saxlanılıb.
AzNews.az EL TV-yə istinadən xəbər verir ki, məlum olub ki, o,
Tərtər rayon sakini 25 yaşlı Pərvin Tağızadəni və Bərdə rayon
sakini Vəfa Qocayevanı öz evində gəlir əldə etmək məqsədi ilə
müəyyən məbləğ qarşılığında kişilərə təklif edib.
Aparılan əməliyyat tədbirləri zamanı İzahət Axundovanın evində
qızlarla bərabər Anar Hüseynov və Tofiq Həsənov adlı şəxslər də
yaxalanıb.
Tərtər rayon Polis Şöbəsində aparılan dindirilmələr zamanı qızlar
öz ifadələrində deyiblər ki, oğlanlarla görüşmələri müqabilində hər
birinə 50 manat məbləğində pul verilib.
Tərtər rayon Polis Şöbəsindən isə bildirilib ki, İzahət Axundova
Anar Hüseynov və Tofiq Həsənovdan 250 manat pul alıb. Həmin puldan
qızlardan hər birinə 50 manat verib. Qalanını özünə götürüb.
Araşdırmalar zamanı o da məlum olub ki, evində əxlaqsız yuvası
təşkil edən İzahət Axundova rayon ərazisində fəaliyyət göstərən
uşaq bağçalarından birinin müdiridir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia