Əməkdar artist: "Əzrail qapıdadır, tabutum pəncərədən çıxacaq" – FOTO
Bizi izləyin

Qırmızı.az

Əməkdar artist: "Əzrail qapıdadır, tabutum pəncərədən çıxacaq" – FOTO

Əməkdar artist: "Əzrail qapıdadır, tabutum pəncərədən çıxacaq" – FOTO

“Heç zaman istəməzdim ki, məni sevən tamaşaçılarımın qarşısına belə çıxım. Mən Allah deyiləm ki, deyim ki, üç günə öləcəm, üç aya, ya da üç ilə öləcəm. Sümüklərimdə ərimə gedir. Allah bu günü heç kimə göstərməsin. Bütün gün ağrılardan iniltimi qızım, anam eşidir. İstəməzdim bu günlərə qalım. Amma Əzrail qapıdadır”.


Milli.Az bildirir ki, bu sözləri “ATV” telekanalında Musiqili Teatrın aktrisası Xanım Qafarova deyib. Aktrisa danışarkən göz yaşlarına hakim ola bilməyib: “Ağzım, dişim keyiyib, yemək yeyə bilmirəm. Allahdan ümidimi kəsmirəm. Bəlkə, tanrım elə bir möcüzə edəcək ki, mən yaxşı olub, ayağa duracam. Bəlkə, Allah məni azyaşlı övladıma, anama bağışlayacaq. Yaşadığım mənzil çox balacadır. Mən öləndə tabutum qapıdan yox, pəncərədən çıxacaq. Deyəcəklər ki, Azərbaycanın əməkdar artisti, Musiqili Teatrın aparıcı aktrisasının cənazəsi pəncərədən çıxdı. Bu, mənim üçün böyük utancdır”.


Qeyd edək ki, X.Qafarova süd vəzi xərçəngindən əziyyət çəkir. O, 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm