Qırmızı.az
Rüşvət videosu yayılan həkim işdən çıxarıldı
Ötən gün Səhiyyə Nazirliyinin Doğuşayardım komissiyasının iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə,
iclasda Sabirabad Perinatal Mərkəzində son aylarda baş vermiş ana
ölümləri faktları geniş müzakirə olunub. Müzakirələr və aparılan
araşdırmalar zamanı Sabirabad Perinatal Mərkəzinin aidiyyatı
şəxslərinin öz işlərində bir sıra nöqsanlara yol verdikləri
aşkarlanıb və buna dair komissiya üzvləri tərəfindən yetgil qərar
qəbul edilib.
Qərar əsasında Doğuşayardım Komissiyası Sabirabad Mərkəzi Rayon
Xəstəxanasının rəhbərliyinə müraciət ünvanlayıb. Müraciətdə qısa
müddət ərzində Sabirabad Perinatal Mərkəzin direktoru V. Məmmədovun
tutduğu vəzifəsindən azad edilməsinə dair müvafiq qərarın qəbul
edilməsi və bu barədə Səhiyyə Nazirliyinə qısa vaxt ərzində məlumat
verilməsi tövsiyə olunub.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Sabirabad Perinatal
Mərkəzin direktoru Vusal Məmmədovun xəstə yaxınlarından rüşvət
alması ilə bağlı video yayılmışdı.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!