Rəis oğlu oğurluq etdi
Bizi izləyin

Qırmızı.az

Rəis oğlu oğurluq etdi

Mayın 21-də Qubanın Zərdabi kənd sakini Azər Ağayevin mənzilinə basqın etməkdə təqsirli bilinən 3 nəfər saxlanılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ev sahibi məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərdən 2-si Abdulrəhmanov Elşən Nəriman oğlu və Qarayev Elmar İmran oğlu Quba şəhər sakinləri, 1-i isə Qusar sakini Xanbutayev Murad Oruc oğludur. Təqsirləndirilənlərdən Elmar Qarayev Quba rayon polis şöbəsinin sahə rəisi İmran Qarayevin oğludur. Həmçinin digər iki nəfəri də bu əməli törətməyə məhz o təhrik edib.

Zərərçəkən bildirir ki, onlar əməllərini səmimi şəkildə etiraf ediblər. Evə girərkən əllərikdə dəyənək və digər soyuq silahlar olub. Məqsədləri mənzildəkilərə xəsarət yetirmək olsa da, aralarında düşən mübahisə buna imkan verməyib.

Qeyd edək ki, evə basqın etməkdə təqsirli bilinən adıçəkilən şəxslərin saxlanmasını Quba RPŞ-də , o cümlədən Elmar Qarayevin atası polis mayoru İmran Qarayev də təsdiqləyib. Hazırda faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm