Miqrasiya ilə bağlı bəzi qərarlar ləğv edildi
Bizi izləyin

Qırmızı.az

Miqrasiya ilə bağlı bəzi qərarlar ləğv edildi

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti bəzi qərarları ləğv edib.


Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, "Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması Qaydaları"nın təsdiq edilməsi barədə", "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi Qaydaları"nın təsdiq edilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamağa icazə verilməsi üçün əsas verən ölkə iqtisadiyyatına qoyulan investisiyanın məbləğinin və Azərbaycan Respublikasının banklarına qoyulan pul vəsaitinin məbləğinin müəyyən edilməsi barədə", "İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları"nın təsdiq edilməsi barədə" qərarlar ləğv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm