Qırmızı.az
Azərbaycandan getmək istəməyən əcnəbilərlə bağlı sərt qərar
Azərbaycan hökuməti "Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və saxlanılması qaydaları"nda dəyişikliklər edib.
Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, indiyə qədər
barəsində Azərbaycan hüdudlarından kənara çıxartma haqqında qərar
qəbul edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu barədə
qərar icra olunanadək Dövlət Miqrasiya Xidmətinin saxlanılma
mərkəzlərində könüllü yerləşdirilə və saxlanıla bilərdilər.
Dəyişikliyə görə, bundan sonra Azərbaycan hüdudlarından kənara
çıxarılması qərara alınmış əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər Azərbaycan hüdudlarından kənara çıxarılma üçün İnzibati
Xətalar, Cəzaların İcrası və Miqrasiya məcəllələrində nəzərdə
tutulmuş müddət ərzində qanunla müəyyən olunmuş qaydada könüllü
olaraq Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların
saxlanılması mərkəzlərinə yerləşdirilə bilərlər.
Bundan başqa Azərbaycan ərazisini tərk etməkdən boyun qaçıran
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidmətinin müraciəti əsasında məhkəmənin qərarına əsasən tutulur və
Azərbaycan hüdudlarından kənara çıxarılanadək, qanunla müəyyən
olunmuş qaydada Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların
saxlanılması mərkəzlərində yerləşdirilirlər.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi