Şeyxin oğlu elmi ad almağa hazırlaşır
Bizi izləyin

Qırmızı.az

Şeyxin oğlu elmi ad almağa hazırlaşır

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etməyə hazırlaşır. Bu barədə modern.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

Verilən məlumatda bildirilib ki, Məhəmməd Paşazadə Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. Onun müdafiə etməyə hazırlaşdığı elmi iş “Azərbaycan Respublikasının cinayət prosesində prosessual forma və onun təkmilləşdirilməsi istiqamətləri” adlanır.

Dissertasiya işində Azərbaycan Respublikasının cinayət prosesində prosessual formanın mahiyyətindən və onun təkmilləşdirilməsi istiqamətlərindən bəhs edilir.

Artıq dissertasiyanın müdafiəsi üçün tarix də dəqiqləşib. Belə ki, Məhəmməd Paşazadə elmi işinin müdafiəsinə 31 may 2014-cü il tarixində çıxacaq.

Xatırladaq ki, şeyxülislam Allahşükür Paşazadənin 5 qızı, 1 oğlu var. Oğlu Məhəmməd Paşazadə türk iş adamı Əli Evsenin qızı ilə evlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm