Molla qoca kişini təpiyinin altına saldı – Video
Bizi izləyin

Qırmızı.az

Molla qoca kişini təpiyinin altına saldı – Video

Cümə namazı vaxtı molla “məni şikayət edən kişidirsə, ayağa dursun” dedi və 77 yaşlı qocanı şillə-təpiyin altına saldı.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yozqat şəhərində M.T. adlı bir molla cümə namazından əvvəl xütbəsində “vaxtında namaza gəlmədiyim üçün kimsə məni şikayət edirmiş. Şikayət edən kişidirsə, qalxsın ayağa” deyib.

77 yaşlı Səbri İgid ayağa qalxarkən molla “kişisənsə bayıra çıx” deyib. Qoca kişi “bura məsciddir, ər meydanı deyil” deyib. Bunu eşidən molla əynindəki cübbəni çıxarıb, xütbədən enib və qoca kişini döyməyə başlayıb. Xəsarət alan qoca kişinin dişləri qırılıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm