Qənirə Paşayeva Salyanda – FOTO
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Salyanda – FOTO

Salyanda "Bir millət iki dövlət: "Əlibəy Hüseynzadə150Müstəqil Vətən məfkurəsi" adlı konfrans keçirilib.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Salyan rayon Icra Hakimiyyətinin təşkilatçılığı ilə Salyanda Əlibəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunan "Əlibəy Hüseynzadə –150 – Müstəqil Vətən məfkurəsi" adlı konfrans keçirilib.

Tədbirdə İstanbul Türk Ocaqlarının rəhbər şəxsləri də daxil olmaqla qardaş Türkiyədən 20-ə yaxın tanınmış alim, araşdırmaçı, ədəbiyyatçı, tarixçi və jurnalist iştirak edib.

Konfransda çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov cənab Prezidentin Əlibəy Hüseynzadə ilə bağlı sərəncamının əhəmiyyətindən, Əlibəy Hüseynzadənin həyatı və düşüncəsi, gənc nəsillərin bu böyük şəxsiyyəti daha yaxından öyrənməsinin vacibliyini qeyd edib. Tədbirdə çıxış edən tədbirin təşkilatçılarından olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva Əlibəy Hüseynzadənin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncamına görə ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib və deyib ki, keçirilən tədbirlərdə də məqsəd Əlibəy Hüseynzadə irsinin gənc nəsillərə daha geniş tanıdılması məqsədi daşıyır.

O, qardaş Türkiyədən gələn ziyalılarla birlikdə bu tədbirin keçirilməsinin isə xüsusi önəm daşıdığını deyib və bu tədbirdə iştirak etmək üçün Azərbaycana gəlmiş bütün alimlərin, ziyalı və jurnalistlərin hər zaman öz fəaliyyətində Azərbaycanı Türkiyədən ayırmadığını, Azərbaycanı gənc nəsillərə təbliğ etdiyini deyərək təşəkkürünü bildirib.

O bildirib ki, Türk Ocaqları və burada iştirak edən dəyərli alimlər, araşdırmaçılar və jurnalistlərlə birlikdə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-i ortaq tariximiz, ədəbiyyatımız, böyük şəxsiyyətlərimiz, onların gənc nəsillərə daha yaxından tanıdılması istiqamətində Türkiyənin müxtəlif bölgələrində bir çox tədbirləri həyata keçirib ki, bu cür tədbirlərin sayının daha da artmasına ehtiyac var. “Əlibəy Hüseynzadə Azərbaycanda doğulmasına baxmayaraq ömrünü bütün dünyada yaşayan türklərin müdafiəsinə həsr edən, türk dünyası ziyalıları və görkəmli şəxsiyyətləri arasında xüsusi yerə sahib olan dəyərli bir şəxsiyyətdir”. Millət vəkili Əlibəy Hüseynzadənin gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyyə edib. Qənirə Paşayeva bu gün Türkiyədən gəlmiş 20-ə yaxın dəyərli alim, ədəbiyyatçı, jurnalistlə birgə ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi "Bir millət iki dövlət" düşüncəsi ilə bu tədbirin keçirilməsinin vacibliyini və gənclərimiz üçün önəmli mesaj olduğunu vurğulayıb və onları Bakıda salamlamaqdan məmnunluğunu bildirib.

Salyan rayonundan millət vəkili Əliağa Hüseynov Əlibəy Hüseynzadənin 150 illik yubileyinin bu böyük şəxsiyyətin doğulduğu Salyanda da keçirilməsinin əlamətdar olduğunu deyib və tədbirin əhəmiyyətindən danışıb. Tədbirdə çıxış edən İstanbul Türk Ocaqlarının rəhbəri Cezmi Bayram Prezident İlham Əliyevə Əlibəy Hüseynzadənin 150 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncama görə xüsusi təşəkkürünü bildirib. O deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın sürətli inkişafı ilə bərabər Türk dövlətlərinin, Türk dünyasının birliyi, bərabərliyi istiqamətində də böyük işlər görür və dünyanın hər yerindəki türk insanları tərəfindən bu addımlar təqdirlə qarşılanır. Eyni zamanda Azərbaycanın Birinci Xanımı, millət vəkili Mehriban Əliyevanın YUNESKO-da ortaq mədəniyyətimizin qorunması və inkişafı sahəsindəki böyük xidmətlərini də daim izləyirik və İstanbul Türk Ocaqları olaraq Mehriban xanıma da xüsusi təşəkkürümüzü bildiririk. Avrasiya Beynəlxaq Araşdırmalar İnstutu İB-nə və onun rəhbəri Qənirə Paşayevaya bu cür layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətinə görə təşəkkürünü bildirən Cezmi Bayram bu kimi tədbirlərin davamlı olmasını, gənclərimizi ortaq tariximiz, mədəniyyətimiz və ortaq gələcəyimiz mövzusunda daha çox öyrətməyimiz gərəkdiyini bildirib. Əlibəy Hüseynzadə ilə bağlı ciddi araşdırmaların müəllifi Azər Turan, Prof. Dr. Kazım Yetiş , Prof. Dr. Yavuz Akpınar tədbirdə çıxış ediblər və Əlibəy Hüseynzadə irsi, Türk dövlət və toplumlarının birliyinin daha da artması istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüblər. Tədbir çərçivəsində İstanbul Türk Ocaqları tərəfindən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimova Əlibəy Hüseynzadə irsinin təbliği və qorunması işinə verdiyi töhfələrdən dolayı mükafat təqdim edilib.

Eyni zamanda Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov və millət vəkili Qənirə Paşayeva İstanbul Türk Ocaqları rəhbəri Cezmi Bayrama Salyanın 2800 illiyi ilə əlaqədar hazırlanan mükafatı təqdim ediblər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm