"Sovetski"dən köçənlər....
Bizi izləyin

Qırmızı.az

"Sovetski"dən köçənlər....

"3006 yaşayış və qeyri-yaşayış yerində ölçmə və qiymətləndirmə işləri aparılıb. 1250 nəfər mülkiyyət sahibindən müraciət daxil olub".

Bunu Publika.az-a açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib.

O qeyd edib ki, 896 nəfər artıq razılaşma protokoluna imza atıb. 859 nəfərin bank hesabına vəsait köçürülüb. 85 nəfər isə yaşayış və qeyri-yaşayış sahəsinə köçürülüb:

"İlkin mərhələdə 3500 ailənin sahib olduğu mənzil və qeyri-yaşayış sahəsinin ölçülməsi nəzərdə tutulur. Ümumilikdə, Sovetskidə 10 minə yaxın yaşayış və qeyri-yaşayış sahəsi var. Sovetskidə yaşayan vətəndaşların hüquqi sənədləri yoxdursa, mənzil istismar sahəsindən verilən sənədlər yararlı hesab olunur. Bu, o zaman keçərlidir ki, vətəndaş bütün kommunal xidmətləri ödəyib və ona bildirişlər verilib”- deyə Səməd İslamov vurğulayıb.

O əlavə edib ki, Sovetskidə köçürülmənin olduğunu bilən bir çox şirkətlər burada öz reklamlarını aparırlar. Sovetski sakinlərinə şəhərdən 10-15 dəqiqəlik məsafəsi olan yaşayış massivlərində kvadratı 600-700 manatdan mənzillər təklif edirlər”.

Qeyd edək ki, Sovetskidə sakinlər həyət evlərində yaşadıqları üçün daha çox Yasamal rayonu ərazisində evlər almağa üstünlük verirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm