“Danışan kimi internetə yayırsınız” – Çingiz Məmmədov
Bizi izləyin

Qırmızı.az

“Danışan kimi internetə yayırsınız” – Çingiz Məmmədov

“Danışan kimi internetə yayırsınız” – Çingiz Məmmədov

Azərbaycanın Müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov nazir general-polkovnik Zakir Həsənovun əmri ilə tərxis olunmasına münasibət bildirməkdən imtina edib.

Sabiq nazir müavini Ç.Məmmədov Publika.az-a açıqlamasında vəzifədən getməsi barədə danışmaq istəmədiyini söyləyib:

“Hər şey normaldır, öz işimdəyəm. Heç nə danışmayacam. Danışan kimi internetə yayırsınız. Nə danışıramsa, hamısını yazırsınız”.

Xatırladaq ki, ötən həftə Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Prezidentin sərəncamı ilə tərxis olunub. Onu general-leytenant Kərim Vəliyev əvəzləyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm