Bazar günü isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bazar günü isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən publika.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək.


Havanın temperaturunun gecə 15-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında mayın 25-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən cənub və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi əsəcək.


Havanın temperaturunun gecə 14-19, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm