“Mən qaraciyər serrozuyam...” Aqşin Yenisey
Bizi izləyin

Qırmızı.az

“Mən qaraciyər serrozuyam...” Aqşin Yenisey

Məlum olduğu kimi, Azərbaycanın tanınmış gənc şairi Aqşin Yeniseyin səhhətində ciddi problemlər yaranıb.

O, dünən yaxınlarının köməyilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin nə yerdə olması ilə bağılı AzNews.az-ın əməkdaşı şairin özü ilə əlaqə saxlayıb. A.Yenisey onda ağır xəstəliyin aşkar olunduğunu deyib:

“Qaraciyərimə su yığılıb. Bu da zamanla çevrilib qaraciyər serrozu xəstəliyi yaradıb”.

Onun sözlərinə görə, hazırda Kliniki Tibbi Mərkəzdə müalicə kursuna başlayıb: “Hazırda xəstəxanadayam. Burada müalicə olunacam. Bilmirəm nə olacaq. Amma narahatçılığa əsas yoxdur”.

Allah şəfa versin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm