"İnanıram ki, həkim nəzarəti onu ayağa qaldıracaq” (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

"İnanıram ki, həkim nəzarəti onu ayağa qaldıracaq” (YENİLƏNİB)

“Səsindən hiss elədim ki, yaxşı deyil. Gedib gördüm, doğrudan da, səhhəti ağır idi”. Bu sözləri şair Aqşin Yeniseyin keçmiş həyat yoldaşı yazar Aysel Əlizadə şairin səhhəti ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib.

Dünən facebook səhifəsində Aqşinin durumu ilə bağlı Səhiyyə Nazirliyinə müraciət üçün mediadan dəstək istəyən Aysel Əlizadə ilə vəziyyəti öyrənmək üçün əlaqə saxladıq.

Aysel xanımın dediyinə görə, üç gün əvvəl şairin durumu ağırlaşıb və o, təcili yardım çağırıb:

“Əslində, təcili yardım həmən onu xəstəxanaya aparmalı idi. Xəstəni elə ağır vəziyyətdə qoyub, iki dənə iynə vurub getmək olmaz. Səsindən hiss elədim ki, durumu yaxşı deyil, gedib gördüm, doğrudan da, pis durumda idi. İki gün təkid elədim, həkimə getmək istəmirdi. Dünən, nəhayət, məcbur elədim. Şəhərin bir neçə klinikasını gəzdik. Analizlərə getdik, USM müayinəsindən keçdik. Nəhayət, gecə keçmiş “Semaşko”ya (Şəhər Klinik Xəstəxanası –red.) yatırdıq. Əvvəlcə Eksperimental Cərrahiyyə İnstitutuna getmişdik. Orada müayinə edib dedilər ki, “Semaşko”ya aparın. Orada növbətçi həkim bizi analizə göndərdi. Oradan “Loğman” klinikasına– tanıdığımız bir həkimin yanına getdik. Həkim dərhal müalicəyə başlanmalı olduğunu dedi. Və gecə Şəhər Klinik Xəstəxanasına (“Semaşko”) qayıtdıq. Bu gün səhərdən artıq müayinəyə başlayıblar. Vəziyyəti pis deyil. İnanıram ki, xəstəxana rejimi, həkim nəzarəti onu ayağa qaldıracaq”.

12:48

Sabiq deputat, "Loğman" klinikasının sahibi Nazim Məmmədov isə Facebook-da Aqşin Yeniseyin səhhəti ilə bağlı belə yazıb:


"Ramin Hacılı zəng edib dedi ki, Aqşin Yeniseyi müayinə və müalicə etdirmək lazımdır. Gətirdilər, həkimler bəzi analizlər etdilər, qaraciyərlə bağlı ciddi infeksiya xəstəliyi ehtimalı var, hepatit B, C neqativ göstərdi, ancaq sapsarıdır, əlavə analizlər sabah olacaqdı. Bizdə infeksiya şöbəsi olmadığından "Semaşko"ya götürməyi məsləhət etdilər. Mən də şairi gördüm, adam çox ciddi xəstələnib, təcili vəziyyətdən çıxarılmalıdır, komaya da düşə bilər. Allah kömək olsun!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm