DİN istirahət mərkəzindəki faciə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

DİN istirahət mərkəzindəki faciə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Qobustan rayonundakı istirahət mərkəzində baş verən faciəli hadisə ilə bağlı məlumat yayıb.

Publika.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 23-də saat 13 radələrində Qobustan rayonu Çalov kəndinin ərazisində yerləşən “Qobuland” istirahət mərkəzində Bakı şəhər sakini Aytən Əzizova idarə etdiyi “Golf” oyunu üçün nəzərdə tutulmuş avtomobili aşırıb.

A. Əzizovanın sərnişinlərindən orta məktəb şagirdi 10 yaşlı Dəniz Qorçu hadisə yerində ölüb, özü və digər şagirdlər–11 yaşlı Ayla Hacızadə və 10 yaşlı Dinara Mustafayeva xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm