Aqşin Yeniseydə üç xəstəlik aşkarlanıb (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Aqşin Yeniseydə üç xəstəlik aşkarlanıb (YENİLƏNİB)

Gənc şair Aqşin Yeniseyin səhhəti ağır olaraq qalır. A.Yenisey Teleqraf.com-a açıqlamasında bildirdi ki, o, dünən Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

"Həkimlər məndə üç xəstəlik aşkarlayıblar. Sarılıq, qara ciyərdə su yığılması və serroz. Həkimlər dedilər ki, hər üç xəstəliyin müalicə olunmalıdır. Azərbaycanda sağalmağım mümkündür. İçməsəm, sağalacam. Amma əhval-ruhiyyəm yaxşıdır", - deyə, A.Yenisey bildirb

14:30

“Aqşinin vəziyyəti çox pisdir. O, ağır xəstədir. Onda müayinə zamanı alkoqol mənşəli hepatit aşkarlandı. Qarnına su yığılıb. Onda həm qaraciyər serrozu var, həm də sarılıq xəstəliyi...”


Bunu AzNews.az-a açıqlamasında şair Aqşin Yeniseyi müalicə edən Kilinik Tibbi Mərkəzin həkimi Tofiq Seleymanov deyib. Onun sözlərinə görə, A.Yeniseylə bağlı hələlik ümidverici söz demək çəıtindir: “Tibbdə bu çox ağır xəstəlik hesab edilir. Ümid edək ki, yaxşılaşar”.


Həkim əlavə edib ki, onun xarici ölkələrdə müalicəsi mümkün ola bilər: “Türkiyə, İranda bu xəstəliklə bağlı ixtisaslaşmış xəstəxanalar var. İmkan olarsa, onun qaraciyərini də dəyişmək lazımdır. Amma bu, ağır prosesdir. Həm də indiki halda Aqşini Bakıdan çıxarmaq olmaz. Onun rəngi sapsarıdır... O, hər an komaya düşə bilər. Biz bunun qarşısını almağa çalışırıq. Yenə deyirəm, o, ağır xəstədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm