• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Türkiyəli ziyalılar Salyanda Türk Şəhidliyini ziyarət etdilər

Türkiyəli ziyalılar Salyanda Türk  Şəhidliyini ziyarət etdilər

Türkiyəli ziyalılar Salyanda Türk Şəhidliyini ziyarət edib və ermənilərin törətdiyi soyqırımları qınayıblar.

Prezident cənab İlham Əliyevin sərəncamı ilə 150 illiyi qeyd olunan görkəmli fikir adamı Əlibəy Hüseynzadə irsi, onun gənc nəsillərə daha yaxından tanıdılması istiqamətində millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Salyan İcra Hakimiyyətinin Salyanda təşkil etdiyi "Əlibəy Hüseynzadə -150 - Müstəqil Vətən məfkurəsi" adlı konfransında iştirak etmək üçün ölkəmizə səfər edən Türkiyə alimləri, ziyalıları, İstanbul Türk Ocaqları rəsmiləri və jurnalistlər Cezmi Bayram, Bekir Çelik, Fuat Mazıcı, Faik İçmeli, Dilek Akgümüş, Nuri Civelek, Doğan Uçar, Prof. Dr. Sebahattin Şimşir, Prof.Dr. Şuayip Karakaş, Prof. Dr. Kazım Yetiş , Prof. Dr. Cezmi Eraslan, Prof. Dr. Yavuz Akpınar, Prof. Dr. Kamil Veli Nerimanov, Doç. Dr. İbrahim Subaşı, Şükrü Gökkayadan ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevanın və Salyan rayon İcra Hakimiyyəti başçısı Tahir Kərimov, millət vəkili Əliağa Hüseynovun müşayiəti ilə Salyanda ümummili lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin “bir millət – iki dövlət” kəlamını xatırlanıb və onun həyatının Türk Dünyası gəncləri üçün bir örnək olduğunu qeyd edilib.

Daha sonra qonaqlar Salyanda Türk Şəhidliyini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda, Salyanda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanın bir sıra bölgələrini erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirilib. Sonra qonaqlar Salyanda anadan olmuş görkəmli fikir adamı, ictimai-siyasi xadim Əlibəy Hüseynzadənin və Azərbaycanın görkəmli xalq şairi Xəlil Rza Ulutürkün abidələrini ziyarət ediblər və onlara hər iki böyük şəxsiyyət barədə geniş məlumatlar verilib. Qonaqlar Salyana səfərləri çərçivəsində həmçinin Heydər Əliyev Mərkəzini ziyarət ediblər, rayon ictimaiyyətinin nümayəndələri, rayonun musiqi və rəqs kollektivlərinin nümayəndələri ilə, gənclərlə görüşüblər.

Qonaqlara Salyanın 2800 illiyi, bununla bağlı keçiriləcək tədbirlər haqqında məlumat da verilib.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR