• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Gəncədə sərxoş sürücü qəza törədib

Gəncədə sərxoş sürücü qəza törədib

Bu gün səhər saatlarında Göygöl-Hacıkənd avtomobil yolunda bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Göygöl sakini 30 yaşlı Aydın Məmmədov qəza nəticəsində aldığı xəsarətlərlə tibb ocağına yerləşdirilib.

Xəstəyə ilkin tibbi yardım göstərilib. Həkimlər yaralı sürücünün vəziyyətinin ağır olduğunu bildirirlər.

Onun idarə etdiyi "VAZ 21015" markalı avtomobilin Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşdığı bildirilir.

Xəstəxanadan verilən məlumata görə, sürücü sərxoş olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR