• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Zaqatalada ev yandı, Quran yanmadı

Zaqatalada ev yandı, Quran yanmadı

Zaqatala rayonunda yanğın hadisəsi baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində Göyəm kəndində (rayon mərkəzindən 12 km aralı) ümumi sahəsi 200 kv.m olan birmərtəbəli yaşayış evinin yanar konstruksiyaları yanıb.

Yanğın qaçqın və məcburi köçkünlərin yaşadığı 4 evdə baş verib. Yanğın nəticəsində evlərin hər biri yararsız vəziyyətə düşüb. Yanğın zamanı sakinlərin evdən çıxarılması üçün Dövlət Sərhəd Xidmətinin hərbçiləri də köməyə gəlib.

Sakinlərin sözlərinə görə, evdəki əşyalar yanaraq yararsız vəziyyətə düşsə də, Quran kitabına heç bir zərər dəyməyib. /Ans/

Yanğın saat 13:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR