ADU-da elmi simpozium keçirilib
Bizi izləyin

Qırmızı.az

ADU-da elmi simpozium keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Koreya dili mərkəzi və Koreya dili ixtisasının təsis edilməsinin 20 illiyi münasibətilə elmi simpozium keçirilib.

Azərbaycan Dillər Universitetində (ADU) Koreya dili mərkəzi və Koreya dili ixtisasının təsis edilməsinin 20 illiyi münasibətilə elmi simpozium keçirilib.

Publika.az-ın məlumatına görə, Azərbaycan Dillər Universiteti, Koreya Fondu və Koreyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən elmi simpozumda rektor Səməd Seyidov, Koreyanın Azərbaycandakı səfirinin müavini Ça Çanqsu, Koreyanın Azərbaycandakı səfirliyinin İqtisadi işlər üzrə konsulu Kim Ce Çol, səfirliyin nümayəndələri, Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və İnkişaf idarəsinin attaşesi Zülfiyyə Əlizadə, Türkiyənin Ərciyes Universitetinin Koreya dili kafedrasının dosenti, professor Göksel Türkoz və ADU-nun tələbə-müəllim heyəti iştirak edib.

Rektor Səməd Seyidov Azərbaycan-Koreya münasibətlərinin inkişaf dövrünü yaşadığını bildirib. O, bu münasibətlərin bütün sahələrdə artan temp üzrə yüksəldiyini diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007 və 2012 –ci illərdə Koreya Respublikasına, Koreya Prezidentinin isə 2006-cı ildə Azərbayacana səfər etdiyini xatırlatdı. O, bildirdi ki, prezidentlərin qarşılıqlı səfərləri ölkələrimiz arasında olan əlaqələrin yüksək səviyyəyə çatmasında mühüm rol oynayır . ADU-da Koreya dilinin tədrisinin 20 ilinin tamam olduğunu deyən rektor S. Seyidov indiyədək Tərcümə fakültəsinin Koreya dili ixtisasının 70 məzunu olduğunu, 17 koreyalı müəllimin isə tədris apardığını vurğulayıb. ADU rektoru Koreya dili ixtisasına ilk qəbulun 1994-cü ildə həyata keçirildiyini bildirib. Rektor edib ki, ADU-da fəaliyyət göstərən Koreya dili Mərkəzi yüksək səviyyədə qurulub ki, burada zəngin kitabxana, texniki avadanlıqlar var.

ADU-da yalnız Koreya dili və mədəniyyəti öyrənilmir, Koreyanın təhsil təcrübəsi də tətbiq olunur.

Rektor Səməd Seyidov Koreya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsində ADU-nun özünəməxsus yeri olduğunu vurğulayıb. O, qeyd edib ki, bu əlaqələrin yüksək səviyyəyə çatmasında Dillər Universiteti mühüm rol oynayır. ADU-nun rektoru Koreya ilə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində qarşılıqlı tələbə mübadiləsinin, birgə layihələrin həyata keçirildiyini sözlərinə əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm