FHN İtaliya səfirliyində təlim keçirib
Bizi izləyin

Qırmızı.az

FHN İtaliya səfirliyində təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Tibb Xidmətlərinin əməkdaşlarının iştirakı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin inzibati binasında “Yanğın zamanı davranış qaydaları” mövzusunda praktiki təlim keçirilib.

FHN-dən Publika.az-a verilən məlumata görə, İtaliyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə baş tutan təlimin keçirilməsində məqsəd səfirliyin əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbirdə nazirliyin əməkdaşlarının “Xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi” və “Yanğın zamanı davranış qaydaları” mövzularında təqdimatlar olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm