Binadan yıxılan fəhlə ilə bağlı cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

Binadan yıxılan fəhlə ilə bağlı cinayət işi açıldı

Bakı şəhər Prokurorluğu Ucar sakininin çoxmərtəbəli binadan yıxılıb ölməsi ilə bağlı məlumat yayıb.

Bakı şəhər Prokurorluğu Ucar sakininin çoxmərtəbəli binadan yıxılıb ölməsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Publika.az-a verilən məlumata görə, mayın 23-də saat 18: 00 radələrində 1980-cı il təvəllüdlü, Ucar rayon sakini Kərimov Elşad Hacıağa oğlu "Sərhədçi" Mənzil Tikinti Kooperativi tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində işləyərkən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm