• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Xaçmazda 2 məktəblinin meyiti tapıldı

Xaçmazda 2 məktəblinin meyiti tapıldı

Xaçmaz rayon meşə massivində iki məktəblinin boğulmuş-asılmış vəziyyətdə meyitləri tapılıb.

İntihar hadisəsi ilə bağlı fakt ötən axşam 20:00 radələrində aşkar edilib.

Xaçmaz rayon polis şöbəsinin növbətçi hissəsindən bildirilib ki, meyiti tapılanlar Xaçmaz şəhər sakini 22.08.1998-cil il təvəllüdlü Quliyev Vasif Yaşar oğlu və 27.05.1997-cil təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızı olub. Onlar Xaçmaz şəhər 2 saylı orta məktəbin 10-cu sinif şagirdləridir.

Gənclərin sevgili olmaq ehtimalı da var. Buna görə də hadisəyə səbəb sevgi əlaqələrinin də ola biləcəyi düşünülür.

Növbətçi hissədən gənclərdən birinin boğulmuş, digərinin isə asılmış vəziyyətdə tapıldığı və hal-hazırda meyitlərin Xaçmaz rayon morqunda olduğu bildirilib.

Hələ ki, hadisənin təfərrüatları balədə məlumat verilməyib.

Qeyd edək ki, hadisənin qətl və ya intihar hadisəsi olması Xaçmaz rayon rokurorluğunda aparılan araşdırmanın sonunda bilinəcək. /ans/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR