Masallıda qadın ərini öldürdü -TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Masallıda qadın ərini öldürdü -TƏFƏRRÜAT

Masallı rayonunda qadın ərini bıçaqlayaraq öldürüb.

Masallı rayonunda qadın ərini bıçaqlayaraq öldürüb.

Hadisə bu gecə səhərə yaxın rayonun Qəriblər kəndində qeydə alınıb. 1984-cü il təvəllüdlü kənd sakini Əzizova Gülnarə İsmayıl qızı, 1984-cü il təvəllüdlü həyat yoldaşı Ağayev Azər Azadxan oğlunu bıçaqlayıb.

Hadisənin ailə münaqişəsi zəmnində törədildiyi bildirilir. Bıçaqlanan şəxsin tüfeyli həyat tərzi keçirdiyi və ailəsini incitdiyi də bildirilir. İçkili vəziyyətdə evə gələn kişi xanımını döyüb. Daha sonra kişinin bu hərəkətlərinə dözməyən qadın çıxış yolunu həyata yoldaşını bıçaqlamada görüb. Nəticədə xanımı tərəfindən bir bıçaq zərbəsi alan kişi hadisə yerindəcə ölüb.

Hadisə ilə əlaqədar olaraq Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm