Qırmızı.az
Azərbaycanda idmançılara verilən mükafatlar artırıldı
"Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" qanuna dəyişiklik edilib. Bu barədə "Azərbaycan" qəzetinin rəsmi saytı yazıb.
Qərarda göstərilir ki, adından «Olimpiya» Oyunları» ifadəsi
çıxarılıb. Dəyişiklikdən sonra mükafatlandırılacaqlar siyahısına
Dünya və Avropa çempionatları, fərdi hesabda Dünya və Avropa
kuboklarının final yarışlarında yüksək nəticələr göstərən
Azərbaycan idmançıları və onların məşqçiləri də daxil edilib.
Eyni zamanda ümumi hesabda Dünya və Avropa kuboklarının final
yarışlarında yüksək nəticələr göstərən Azərbaycan idmançıları və
onların məşqçiləri də mükafatlandırılacaqlar.
Qərara əsasən mükafatların məbləğləri də artırılıb.
Dəyişikliyə əsasən, siyahıya əlavə edilən Dünya Çempionatında
birinci yeri tutmuş idmançı və onun məşqçisi 15000 manat və 7500
manat, ikinci yer 10000 manat və 5000 manat, üçüncü yer 6000 manat
və 3000 manatla mükafatlandırılacaq.
Avropa Çempionatında birinci yeri tutmuş idmançı və onun məşqçisi
10000 manat və 5000 manat, ikinci yer üzrə 6000 manat və 3000
manat, üçüncü yer üzrə 2000 manat və 1000 manatla
mükafatlandırılacaq.
Ümumi hesabda Dünya Kubokunun finalında birinci yeri tutmuş
komandanın idmançıları və komandanın məşqçilərinin mükafat məbləği
20000 manat və 10000 manat, ikinci yer 15000 manat və 7500 manat,
üçüncü yer 10000 manat və 5000 manat olacaq.
Avropa Kubokunun finalında birinci yeri tutmuş komandanın
idmançıları və komandanın məşqçiləri 15000 manat və 7500 manat,
ikinci yer 10000 manat və 5000 manat, üçüncü yer 8000 manat və 4000
manat məbləğində mükafatlandırılacaqlar.
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü