Qırmızı.az
Ordumuzun Tovuz hücumu: ermənilər 3 kəndi boşaltdı
Ermənistanın Tavuş rayonunun üç kəndinin sakinləri öz evlərindən evakuasiya olunublar”.
Bu informasiyanı Ermənistan mətbuatı yayıb. Dünən ermənilərin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində hücumuna Azərbaycan ordusu kəskin cavab verib.
Belə ki, Milli Ordunun cavab atəşi Ermənistanın üç kəndinin boşaldılması, əhalinin evlərindən çıxarılması ilə nəticələnib.
Evlərindən sığınacaqlara göndərilən kəndlər isə Tavuş rayonunun Ayqepar, Çinan və Nerkin Karmiraxpyur olub.
Mətbuat artıq həmin kəndlərin sakinlərinin səhər 06:00-a yaxın öz normal həyatlarına döndüklərini yazıb. Qeyd edək ki, dünən ermənilər Tovuzun Əlibəyli kəndi istiqamətində hücuma keçmişdilər.
Lakin ordumuzun cavab atəşi onları geri çəkilməyə məcbur etmişdi. Əlibəyli sakinləri “Axar.az”a hələ indiyə qədər belə gülləbaran olmadığını məlumat vermişdilər.
axar.az
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!