• USD 1,7001 0,00% EUR 2,0116 +0,66%
    • GBP 2,2843 +0,83% RUB 0,0290 +1,03%

“Aqşinin həyatı təhlükədədir” – həkim

“Aqşinin həyatı təhlükədədir” – həkim

Şair Aqşin Yeniseyin vəziyyəti ağır olaraq qalır. Bunu AzNews.az-a açıqlamasında şairi müalicə edən 1 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tofiq Süleymanov deyib. Onun sözlərinə görə, Aqşinin sarılığı yüksəkdir: “Ağır xəstədir, sarılığı çox yüksəkdir. Qarnına su yığılıb. Qaraciyər serrozudur”.


T.Süleymanov bildirib ki, şair xəstəxanaya yerləşdiriləndən sonra səhhətində cüzi irəliləyiş var: “Amma böyük həyati təhlükəsi qalmaqdadır. Çünki həm serrozu, həm də sarılığı yüksəkdir. Vəziyyətinin ağırlaşma riski böyükdür”.


Qeyd edək ki, səhhəti qəflətən pisləşən Aqşin Yenisey may ayının 23-də yaxınlarının köməyi ilə xəstəxanaya yerləşdirilib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>