Bu yay dəhşətli isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bu yay dəhşətli isti olacaq

"Azərbaycanda havanın temperaturu ötən ilə nisbətən daha da isti olacaq. Yay mövsümü ərzində isə 40 dərəcədən yüksək istilərin müşahidə olunacağı ehtimal olunur".


Bu barədə ANS PRESS-ə açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib. O bildirib ki, Azərbaycanda hazırkı hava şəraiti 60-70-ci illəri xatırladır. Ekoloqun fikrincə, təxminən 50 il bundan öncə iqlim şəraiti bugünki kimi keçirdi:


"60-70-ci illərin yay aylarında kəskin istilər başlamışdı. Dəhşətli isti ilə yanaşı havaların bürkü keçməsi də insanlara çətinlik yaradırdı. Bu il də o dövrdə olduğu kimi havalar çox isti keçəcək. Ehtimal olunur ki, bəzi günlərdə isti küləklərin sürəti artaraq dənizlərdə iri dalğalar yaradacaq. Bu amil isə çimərlik mövsümü üçün əlverişsiz ola bilər. Ancaq havaların isti keçməsinə baxmayaraq, insanlar yaxşı istirahət edə biləcək, günəş şüaları qəbul edəcəklər".


Mütəxəssis qeyd edir ki, havaların bu cür anomal keçməsi iqlim dəyişiklikləri ilə bağlıdır:


"Xarici ölkələrdə qlobal istiləşmə terminindən istifadə edilir. Ancaq bu havaların istiləşməsi iqlim dəyişmələri ilə bağlıdır. Bu iqlim dəyişmələri təxminən 50-60 ildən bir olur. Günəşdəki proseslərə görə, ola bilər ki, 50 ildən bir soyuma və ya qızma prosesi getsin. Azərbaycan yerləşdiyi ərazi üzrə günəşdəki dəyişikliklərə 50-60 ildən bir məruz qalır. Yəni bizdə iqlim dəyişikliyi 50-60 ildən bir olur".


Avropada havaların anomal keçməsi və təbii hadisələrə də şərh verən mütəxəssis qeyd edir ki, bunun əsas səbəbi Sakit okeanda olan “Elniniyo” adlı isti hava cərəyanının oyanmasıdır: "Bu isti cərəyan yağıntılara, sel və daşqınlara səbəb olacaq. Artıq müşahidə edirsiniz ki, Qərbi Avropada sel və daşqınlar başlayıb. Bu, cərəyanın mənfi fəsadlarına əyani sübutdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm