XİN rəhbərləri Dağlıq Qarabağı müzakirə ediblər
Bizi izləyin

Qırmızı.az

XİN rəhbərləri Dağlıq Qarabağı müzakirə ediblər

Azərbaycan və Türkiyənin XİN rəhbərləri Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər

Bazar ertəsi Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlu ikitərəfli əməkdaşlığın aktual məsələlərini və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Diplomatik mənbədən Trend-ə bildirilib ki, iki ölkənin XİN rəhbərləri təkbətək görüşdə regional əməkdaşlıq məsələlərinə də toxunublar. Davudoğlunun iştirakı ilə XİN rəhbərlərinin görüşü Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü çərçivəsində baş tutub.

Görüşün formatı belədir: ikitərəfli görüşlər, üçtərəfli görüşlər (qapalı) və geniş tərkibdə üçtərəfli görüş. Daha sonra nazirlər mətbuat üçün bəyanatla çıxış edəcəklər.

Bakıda görüşlər zamanı üç ölkənin XİN rəhbərlərinin regiondakı vəziyyəti, Xəzərin statusunu, eləcə də əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində) Türkiyə–Azərbaycan–Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm