“Azərsu” DİN-i məhkəməyə verdi
Bizi izləyin

Qırmızı.az

“Azərsu” DİN-i məhkəməyə verdi

“Azərsu” ASC Daxili İşlər Nazirliyinin tabeliyində olan iki quruma qarşı məhkəmə iddiası qaldırıb.



Mia.az xəbər verir ki, «Azərsu»ASC Daxili Qoşunlarla Polis Akademiyasına qarşı qaldırdığı borc tələbindən bəhs edən şikayətlərinə birinci məhkəmə instansiyalarında baxılıb:

«ASC DaxiliQoşunlardan istifadə etdiyi su və kaanalzasiya borcu olaraq ümumilikdə 45830 manatpul tələb edir. Daxili Qoşunlarının Baş İdarəsinin hesabından tutulması tələb olunan bu məbləğə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə görə 38822,51 manat məbləğində əsas borc, 6987,60 manat məbləğində penya və 20 manat dövlət rüsumu daxildir. Bu iş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Elmira Nağıyevanın icraatında araşdırılır».



Saytın məlumatına görə, hakim Elmira Nağıyeva iş üzrə mayın 20-nə təyin etdiyi iclas saatını dəyişib. İşə iyunun 10-da baxılacaq.



«Azərsu» ASC-nin Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qarşı verdiyi şikayət isə Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə araşdırılır:

«Hakim Səriyyə Seyidova isə mayın 20-də birinci məhkəmə instansiyasının qətnaməsini qüvvədə saxlayan qərar qəbul edib.



Məlumata görə, 80 min manata yaxın borc mübahisəsi üzrə çıxarılan bu qətnamə «Azərsu» ASC-ni qane etməyib. Və böyük ehtimalla hakim Səriyyə Seyidovanın qətnaməsindən Ali Məhkəməyə şikayət veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm