Prezidentdən Gürcüstana məktub
Bizi izləyin

Qırmızı.az

Prezidentdən Gürcüstana məktub

İlham Əliyevdən Gürcüstana məktub – Mətn

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Georgi Marqvelaşviliyə təbrik məktubu göndərib.

“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Gürcüstanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Xalqlarımızı dərin tarixi kökləri olan möhkəm dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Eyni zamanda, qarşılıqlı anlaşma və etimada əsaslanan dövlətlərarası münasibətlərimiz bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açıb.

Bu yaxınlarda Tbilisidə keçirdiyimiz görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki, Azərbaycan ilə Gürcüstan arasındakı sıx əməkdaşlıq və strateji tərəfdaşlıq bundan sonra da ölkələrimizin çiçəklənməsinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm