Adil Əliyevin İsa Qəmbərə sərt cavabı
Bizi izləyin

Qırmızı.az

Adil Əliyevin İsa Qəmbərə sərt cavabı

Adil Əliyevin İsa Qəmbərə sərt cavabı

Bu günlərdə Avropa otelində Firudin Cəlilovun "Türklərin islama qədərki tarixi" kitabının təqdimatı mərasimində qalmaqal olub.

Təqdimat mərasimində ölkənin tanınmış elm adamları ilə yanaşı, siyasi partiya sədrləri də iştirak edib. Kitab təqdimatında çıxış edən Müsavat Partiyasının Başqanı İsa Qəmbər hakimiyyətləri dövründə bu mövzuya daha çox diqqət yetirildiyini, kitablar nəşr olunduğunu deyərək, hazırkı hakimiyyəti tənqid edib.

Daha sonra çıxış edən millət vəkili Adil Əliyev kitab təqdimatı mərasiminin siyasiləşməsinin yanlış olduğunu, məhz indiki hakimiyyətin dövründə sabitliyin bərqərar olduğunu və ümumi inkişafın bu cür kitabların nəşrinə imkanlar yaratdığını deməklə İsa Qəmbərə cavab verib.

Adil Əliyev Dünya Azərbaycanlıları Konqresinin üzvü Əjdər Tağızadənin, “Azərbaycanın bütün ziyalıları bu məslicə toplaşıb” fikrinə də bu şəkildə etiraz edib: “Azərbaycanın bütün ziyalıları bu salona sığmaz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm