Gürcüstanın gənc fəalları Şəhidlər Xiyabanında
Bizi izləyin

Qırmızı.az

Gürcüstanın gənc fəalları Şəhidlər Xiyabanında

Millət vəkili Qənirə Paşayeva Gürcüstanın gənc fəallarını Azərbaycan həqiqətləri ilə tanış edib.

Gürcüstanın gənc fəalları Fəxri və Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycan həqiqətləri ilə tanış olublar. Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, SOCAR Georgia, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin dəstəyi ilə Gürcüstan gənclərindən ibarət 30 nəfərlik nümayəndə heyəti Azərbaycana gəlib. Səfərin məqsədi Azərbaycan və Gürcüstan gəncləri arasında daha sıx körpülərin qurulması, Gürcüstan gənclərinin Azərbaycanı daha yaxından tanıması və əməkdaşlıqların qurulması, Azərbaycan tarixi, mədəniyyəti ilə daha yaxından tanışlıqdır.

Qonaqlar Qənirə Paşayevanın müşayiəti ilə öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Q.Paşayeva Heydər Əliyevin Gürcüstanla münasibətlərin inkişafına verdiyi xüsusi önəm və həyata keçirilən böyük işlər barədə gənclərə geniş məlumat verib və bu siyasətin bu gün də prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini deyib. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edilib. Sonra Gürcüstan gəncləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qənirə Paşayeva gənclərə 20 Yanvar faciəsi, Ermənistanın işğalçılıq siyasəti, Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, soyqırımlar, Xocalı soyqırımı barədə geniş bilgi verib. Gürcü ziyalılarını və gəncləri Azərbaycan Milli Məclisi ilə tanış edən millət vəkili XX yüzilliyin müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu deyib və parlamenti bugünkü fəaliyyəti, Azərbaycan–Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun fəaliyyəti barədə də onlara geniş məlumatlar verib. Sonra qonaqlar millət vəkili, Azərbaycan–Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayevanın müşayiəti ilə Bayraq Meydanı ilə tanış olublar və qədim İçərişəhərdə olublar. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Qız qalasını və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Azərbaycana səfərə gələn qonaqlarla görüşdə millət vəkili bu cür layihələrin önəmini vurğulayaraq AzərbaycanGürcüstan Parlamentlərarası Dostluq Qrupu və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq bu cür layihələrə hər zaman dəstək verməkdən məmun olduqlarını deyib və gələcəkdə də bu istiqamətdə layihələrə hər zaman dəstək göstərəcəklərini deyib. O bildirib ki, Azərbaycan və Gürcüstan qonşu və dost ölkələrdir və gənclərimizin biri-birini daha yaxından tanıması, əməkdaşlıq qurmaları istiqamətindəki layihələrin bundan sonra daha da genişlənməsinə böyük ehtiyac var.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm