Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB

İlham Əliyev Davudoğlu ilə Ukraynanı müzakirə etdi

15:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkiyə Respublikasının daxili işlər naziri Efkan Alanı qəbul etmişdir.

AzərTAc xəbər verir ki, Efkan Alanı Türkiyə Respublikasının daxili işlər naziri təyin olunması münasibətilə təbrik edən dövlətimizin başçısı ölkələrimizin Daxili İşlər nazirlikləri arasında mövcud sıx əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimizin dövlət və hökumət başçılarının, nazirlərin ilk xarici səfərinin qardaş ölkələrə etməsinin artıq bir ənənə halı aldığını vurğulayan Prezident İlham Əliyev Efkan Alanın Türkiyə Respublikasının daxili işlər naziri kimi Azərbaycana ilk səfərinin önəmini qeyd etdi və səfərin əməkdaşlığımızın inkişafı ilə bağlı səmərəli müzakirələr aparılması üçün yaxşı fürsət yaratdığını dedi.

Efkan Ala nazir kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırdı. Türkiyənin daxili işlər naziri Soma kömür mədənində kütləvi insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar Azərbaycan xalqının, şəxsən Prezident İlham Əliyevin Türkiyə xalqının dərdinə şərik çıxmasına görə minnətdarlığını bildirdi.

---------
13:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul etmişdir.

AzərTAc xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin qədim tarixi köklərə malik olduğunu və bu gün müstəqil dövlətlər kimi ikitərəfli münasibətlərimizin fəal şəkildə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. İkitərəfli əlaqələrin gələcək illərdə də inkişaf etdiriləcəyinə və möhkəmləndiriləcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı bunun üçün qarşılıqlı marağın olduğunu dedi.

Münasibətlərimizin hazırkı səviyyəsinin razılıq doğurduğunu bildirən Prezident İlham Əliyev ölkələrimizin qarşılıqlı fəaliyyətinin regional əməkdaşlığın genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

Xarici işlər nazirlərinin yeni formatda keçiriləcək ilk görüşünün önəmini vurğulayan dövlətimizin başçısı görüşdə səmərəli müzakirələrin aparılacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev üçtərəfli formatda keçirilən bu cür tədbirlərin regional əməkdaşlıqla yanaşı, ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini vurğuladı.

Xarici işlər naziri Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Rəşid Meredov ölkəsinin Prezidentinin Azərbaycan ilə əlaqələrin iqtisadi, enerji, mədəni, humanitar və digər sahələrdə genişləndirilməsinə böyük önəm verdiyini dedi.
Azərbaycana səfərinin Respublika Günü ərəfəsinə təsadüf etdiyini vurğulayan nazir Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu əlamətdar bayram münasibətilə ən səmimi təbriklərinin, ölkəmizin və Azərbaycan xalqının həyatında mühüm rol oynayan bu böyük gün ilə əlaqədar ən xoş arzularının ifadə olunduğu məktubu Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı Prezident Qurbanqulu Berdiməhəmmədovun təbrikinə və salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev ölkəmizdə səfədə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb

Görüşdə İlham Əliyev və Əhməd Davudoğlu Azərbaycan-Türkiyə əlaqələri, regional problemlər və Ukraynadakı böhranı müzakirə ediblər.

Görüş zamanı Azərbaycanın türk coğrafiyasının mərkəzi olduğunu deyən Davudoğlu, Türkiyə, Azərbaycan və Türkmənistan arasında baş tutacaq iclasın ilk dəfə keçirildiyini və üçtərəfli zirvə görüşünün gələcəkdə genişləndirilərək davam etdiriləcəyini qeyd edib.

İlham Əliyev isə Türkiyə və Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün iki ölkə arasındakı məsləhətləşmələrin daha sıx xarakter daşımasının vacibliyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm