Rauf Mirqədirov təcridxanaya nə vaxt qaytarılacaq?
Bizi izləyin

Qırmızı.az

Rauf Mirqədirov təcridxanaya nə vaxt qaytarılacaq?

Dövlətə xəyanətdə ittiham olunaraq həbs olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirova 7 gün atasının yas mərasimində iştirak etməyə icazə verilib.


Bu barədə jurnalistin vəkili Fuad Ağayev bildirib.


Vəkilin sözlərinə görə, cinayət işinin istintaqını aparan müstəntiq onlara deyib ki, R. Mirqədirova yas mərasimində iştirak üçün 7 gün icazə verilib. Hazırda R. Mirqədirov atasının yas mərasimində iştirak edir. O, atasının 7 mərasimindən sonra təcridxanaya qaytarılacaq.


Xatırladaq ki, jurnalistin atası Həbibulla Mirqədirov mayın 24-də gecə saatlarında vəfat edib. Elə həmin gün R. Mirqədirova atasının dəfnində iştirakına icazə verilib.


R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. İş üzrə may;n 23-də R. Mirqədirovun atasının evində axtarış aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm