Qubada naməlum uçan obyekt görünüb
Bizi izləyin

Qırmızı.az

Qubada naməlum uçan obyekt görünüb

Quba səmasında naməlum uçan obyekt görünüb. Hadisə dünən gecə saat 1 radələrində qeydə alınıb.


Regional TV-nin verdiyi məlumata görə, obyekti müşahidə edən sakinlər görüntüləri telefonunun yaddaşına köçürüblər.


Gecənin qaranlığında səmada parlayan naməlum işıq görənləri heyrətə salıb. Parlaq işıq kütləsi ilk olaraq İkinci Nügədi kəndinin üzərində peyda olub.


Sakinlər hadisəni maraqla izləyiblər. İşıq kütləsi bir müddət sonra böyüyüb, sonra şaxələnib.

Qeyd edək ki, son vaxtlar Azərbaycan səmasında peyda olan belə halların sayı artıb. Oxşar hadisə bir neçə rayonda da yaşanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm