Mikayıl Cabbarov şikayətçiləri dinləyib
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarov şikayətçiləri dinləyib

Mayın 26-da təhsil naziri Mikayıl Cabbarov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Publika.az-ın xəbərinə görə, qəbuldan öncə nazir əməkdar müəllim, 65 illik pedaqoji təcrübəyə malik, filologiya elmləri doktoru, professor İmamverdi Əbilovla görüşüb.

İmamverdi Əbilov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən islahatların təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. Tanınmış ziyalı ölkə təhsilinin gələcəyi ilə bağlı nikbin fikirlər söyləyib, müvafiq təklif və tövsiyələrlə çıxış edib. Bu ilin martında Təhsil Nazirliyi tərəfindən KİV nümayəndələrinin Salyan və Neftçala rayonlarına təşkil olunmuş mediaturu çərçivəsində onunla keçirlmiş görüşü məmnunluqla xatırlayan İ.Əbilov təhsil nazirinin göstərdiyi diqqətdən razılığını bildirib.

Daha sonra mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin may ayında şəhər və rayonlarda qəbulu cədvəlinə uyğun olaraq, vətəndaşların qəbuluna başlanılıb.

Qəbulda vətəndaşların müraciəti dinlənilir və əksər məsələlər yerindəcə həllini tapır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır və nəzarətə götürülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm