Qırmızı.az
Nazirdən ipoteka krediti istədilər
Gənclər və idman naziri Azad Rəhimov 26 may 2014-cü il tarixdə Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Tovuz, Şəmkir rayonları, Gəncə və Naftalan şəhərlərinin vətəndaşlarını qəbul edib.
Nazirliyin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, 50-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda 20-yə yaxın müraciət Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili ilə bağlı olub.
15-dən artıq müraciət idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri ilə bağlı olub.
Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamətində olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Qeyd edək ki, bu nazir Azad Rəhimovun sayca 15-ci vətəndaş qəbuludur. Şəmkirdən öncə nazir İsmayıllı, Lənkaran, Mingəçevir (2 dəfə), Şirvan, Quba (2 dəfə), Qəbələ, Gəncə, Sumqayıt, Beyləqan, Sabirabad, Şamaxı və Masallıda vətəndaşları qəbul edib.
Azad Rəhimov ümumilikdə 600-dən çox vətəndaş qəbul edib.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü