Nazirlər Bakı deklarasiyasını qəbul ediblər
Bizi izləyin

Qırmızı.az

Nazirlər Bakı deklarasiyasını qəbul ediblər

Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Bakı deklarasiyası qəbul ediblər

Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Rəşid Meredov və Əhməd Davudoğlu Bakı deklarasiyası qəbul ediblər.

Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov üçtərəfli görüşün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Bu, Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli formatında keçirilən ilk görüşdür.

Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm