Bakir qalan oğlan heyfini 6 nəfəri öldürməklə çıxardı
Bizi izləyin

Qırmızı.az

Bakir qalan oğlan heyfini 6 nəfəri öldürməklə çıxardı

ABŞ-ın Kaliforniya ştatında Santa Barbara Üniversitetinin tələbəsi olan 22 yaşlı Elliot Roger sosial şəbəkədə "intiqam alacağam" statusunu yazandan sonra 6 nəfəri qətlə yetirib.

Səbəb kimi onun bakir qalması göstərilir. Başqa sözlə desək, qızlar Elliot Rogerlə yaxınlıq etmirmiş. "Ömrüm boyu mənə acı çəkdirdiniz. İndi də mən sizə bu acıları yaşadacam.

İntiqam alacam. Bunun üçün uzun zaman gözlədim. Hamınızın payını verəcəm. Məndən imtina edən, xoşlanmayan qızlar, məndən daha yaxşı həyat sürən, seksual oğlanlar, hamınıza nifrət edirəm”, - deyə 22 yaşlı gənc video çıxışında bildirib.

Elliot Rodgerin atası "Hunger Games" ("Aclıq Oyunları") filminin rejissor assisenti Peter Rodgerindir.

Polisin verdiyi məlumata görə, Rodger önce yaşadığı ərazidə üç dostunu bıçaqlayıb. Sonra maşınından ətrafa atəş açıb. Polislə qarşıdurma zamanı silahının güllələrinin qurtardığını görən Rodger sonuncu gülləsini özünə "sərf" edib. O, maşınından ölü tapılıb.

Elliot Rodgerin oğlunun ruhi problemlərinin olduğunu deyib və qurbanların ailələrinə başsağlığı verib. /Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm